Müəllimlərin işə qəbulu imtahanı ilə bağlı
27.07.2019
Hörmətli izləyicilər,
Bildirildiyi kimi, 8-24 iyul 2019-cu il tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsinin bəzi sessiyalarında istifadə edilmiş bir neçə sualda texniki qüsur aşkar edilmişdir. Həmin sualları qısa izahla birlikdə diqqətinizə təqdim edirik. Əgər namizəd imtahan zamanı bu suallara səhv cavab vermiş və ya ümumiyyətlə cavab verməmişdirsə, həmin namizədin ümumi balına 1 bal əlavə edilmişdir.
Fənn: Azərbaycan dili və ədəbiyyat, İbtidai sinifdə Azərbaycan dili
İzah: Doğru cavab olaraq müəyyən edilmiş E variantında (Bircə sözü I cümlədə ədat, II və III cümlələrdə saydır.) bircə sözünün iki nitq hissəsini özündə birləşdirməsi nəzərə alınmamışdır (bu sözdə bir - say, -cə isə ədatdır).
İzah: Doğru cavab B deyil, D variantıdır. 2,5,4,3,1
İzah: Doğru cavab kimi B) 3,5 göstərilib. Lakin kənddəki—sifətin sualına cavab verən isimdir bəndi də bu sırada qeyd edilməli idi. Düzgün cavab variantı verilməmişdir.
İzah: Doğru cavab: “Xahiş edirəm, vağzala yaxın dayanacqda mənə xəbər verəsiniz,-- deyə o təkrarladı,-- ən yaxın dayanacaqda”. Dırnaq, vergül, vergül, tire, vergül, tire, dırnaq, nöqtə. Verilmiş variantlarda düzgün cavab yoxdur.
İzah: Tapşırıqda doğru cavab kimi A variantı (yaz, gül, dolu) götürülsə də, E variantında da (avar, az, dil) bu əlamətlər özünü göstərir. Testin iki düzgün cavabı vardır.