Müəllimlərin işə qəbulu imtahanı ilə bağlı
27.07.2019
Hörmətli izləyicilər,
Bildirildiyi kimi, 8-24 iyul 2019-cu il tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsinin bəzi sessiyalarında istifadə edilmiş bir neçə sualda texniki qüsur aşkar edilmişdir. Həmin sualları qısa izahla birlikdə diqqətinizə təqdim edirik. Əgər namizəd imtahan zamanı bu suallara səhv cavab vermiş və ya ümumiyyətlə cavab verməmişdirsə, həmin namizədin ümumi balına 1 bal əlavə edilmişdir.
Fənn: Tarix
(Azərbaycan bölməsi)
İzah: Doğru cavab “B) Mərkəzləşdirilmiş Manna dövləti meydana gəldı – e.ə. VIII əsrdə” olduğu halda, E qeyd edilmişdir.
İzah: Burada doğru cavab “C) Borca görə köləliyin ləğv edilməsi” götürülmüşdür. Sual mübahisəlidir. Belə ki, bəzi ekspertlərin fikrincə, Afinada borc köləliyinin ləğvi daha əvvəl, yəni e.ə. VI əsrin əvvəllərində olmuşdur. Bu doğrudur. Lakin o da doğrudur ki, e.ə. V əsrdə Afinada, e.ə. IV əsrin sonunda isə Romada borc köləliyi olmamışdır. Sualdakı “baş vermiş” ifadəsinin həm “başlanmışdır”, həm də “olub-bitmiş”, “başa çatmış” kimi anlaşılması bu test tapşırığını qüsurlu edir.
İzah: Bu test tapşırığında doğru cavab kmi A) 1,5 götürülmüşdür. Zaman ölçü vahidlərinə görə IX əsrin 30-cu illəri 830-839-cu illəri əhatə edir. Variantlarda təklif olunmuş hadisələrdən biri – Həştadsər döyüşü isə iki dəfə, 829 və 836-cı illərdə baş verdiyindən ekspertlərin belə bir qənaətə gəlməsinə səbəb olmuşdur ki, burada doğru cavab yoxdur. Lakin xürrəmilərlə ərəblər arasında Həmədan döyüşünün 830, Bəzz döyüşünün isə 837-ci ildə baş verdiyini nəzərə alsaq və onların əks olunduğu distraktorları çıxarsaq, doğru cavabı müəyyən etmək olur. Buna baxmayaraq, test tərtibi qaydalarına görə bu tapşırıq qüsurlu hesab edilmişdir.
İzah: Bu test tapşırığında doğru cavab kmi D götürülmüşdür. Bu doğru cavabdır. Çünki Qapağan xaqandan xeyli əvvəl də türk hökmdarları dəfələrlə Çinə hücum etmiş və onu asılı hala salaraq bac verməyə məcbur etmişdilər. Lakin texniki qüsur səbəbindən C distarkorunda yazılmalı olan “VII əsrin 80-ci illərində...” ifadəsi “VI əsrin 80-ci illəri...” kimi düşmüş, nəticədə C və D doğru cavabları alınmışdır.