XƏBƏRLƏR

Həyat bilgisi dərslərində insan hüquqları

31.07.2019

TİPİİ-nin təşkilatçılığı ilə keçirilən “Həyat bilgisi fənninin tədrisi metodikası” mövzusunda ixtisasartırma təlimləri tətil günlərində peşəkarlığını artırmaq həvəsində olan müəllimlər üçün işini davam etdirir. Artıq bir neçə qrupu yola salan təlimlərdə iştirakçılar fənnin məzmunu, onun tədrisində əhəmiyyətli metodlar və qiymətləndirmənin aparılması yolları ilə tanış olur, öyrəndikləri nəzəri bilikləri müxtəlif qrup işləri, təqdimat, müzakirə və layihələrlə möhkəmləndirirlər.

Təqdim etdiyimiz fotolarda isə müəllimlər bu fənn üçün ən mühüm mövzulardan birini – insan hüquqlarını oyunlar vasitəsi ilə şagirdlərə öyrətməyin yolunu öyrənirlər. Bu stolüstü oyunlar mühüm anlayışları şagirdlərə oynayaraq öyrətmək imkanı verir.