XƏBƏRLƏR

Bakı Slavyan Universitetinin professor-müəllim heyəti üçün təlim

26.08.2019

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Bakı Slavyan Universutetinin professor-müəllim heyəti üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimi keçirilmişdir. Təlim zamanı 16 nəfərdən ibarət qrup iştirakçıları inklüziv təhsilin fəlsəfəsi, əlilliyin sosial və tibbi modeli, universal öyrənmə dizaynı, təlim metodlarının həmin şagirdlərə uyğun adaptasiyası, inklüziv sinif üçün dərsin planlaşdırılması, şagirdlərin qiymətləndirilmə üsulları, bu işin daha uğurlu təşkilində müəllim-valideyn əməkdaşlığı və s. kimi mövzularda məlumatlandırılmışlar. Müəllimlərdə “inklüziv sinif” təsəvvürünün formalaşdırılması üçün mövzulara bağlı öyrənilən bilik və bacarıqlar praktik tapşırıq, səhnəcik və oyunlarla möhkəmləndirilmişdir.

19-25 avqust tarixlərini əhatə edən təlimlərin sonunda müəllimlərin bu günlər ərzində öyrəndikləri biliklər yoxlanıldıqdan sonra iştirakçılara ixtisasartırma təhsili haqqında sertifikat veriləcəkdir.