XƏBƏRLƏR

Uşaqlarda diqqətin korreksiyası üsulları haqqında seminar

30.08.2019

Bu gün 30-dan çox psixoloq ilə “Uşaqlarda diqqətin korreksiyası üsulları” mövzusunda seminarımız baş tutdu. Diqqətin növləri, xüsusiyyətləri barədə məlumatlandırıldıqdan sonra psixoloqlar qrup tapşırıqları və fərdi oyunlarla “Myünsterberq”, “Qalbe-Şulte” “Qarışıq xətlər” və s. kimi metodikaları təcrübədən keçirdilər. Uşaqlarda kiçik motorikanın inkişaf etdirilməsi ilə diqqətin korreksiyası arasında birbaşa əlaqənin vurğulanması  məktəb psixoloqları üçün yeniliklərdən biri oldu. Eyni zamanda onlar “İşarələri yerləşdir”, “Kos kubikləri”, “Fərqi tap”, “Labirint” kimi oyunlarla əyani olaraq şagirdləri yormadan, darıxdırmadan diqqəti necə inkişaf etdirməyin yollarını öyrəndilər.  

İnanırıq ki, bu tipli seminarlar şagird nailiyyətinin yüksəlməsinə  fayda verəcəkdir.

Qeyd edək ki, seminara olan marağı və psixoloqların arzusunu nəzərə alaraq növbəti həftə yeni qruplar üçün də eyni mövzuda seminar təşkil ediləcəkdir.