Peşə təhsili mütəxəssisləri üçün seminar keçirilib
02.09.2019
Azərbaycan və Koreya arasındakı razılaşmaya əsasən Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzinin bazasında yaradılmış müasir təhsil müəssisəsində TİPİİ tərəfindən seminar təşkil edilmişdir.
28-30 sentyabr tarixlərində Mərkəzin 26 nəfərdən ibarət mühəndis-pedaqoji heyəti üçün keçirilən seminarın mövzusu "Peşə təhsili sistemində pedaqogika və didaktika" olmuşdur.
Seminarda peşə təhsilində fəaliyyətyönümlü təlim yanaşması, tədrisin müvafiq ixtisas kurikulumları əsasında planlaşdırılması, “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”na əsasən qiymətləndirmənin təşkili, tələbə-müəllim münasibətlərinə müasir yanaşmalar və digər bu kimi məsələlər üzrə müzakirələr aparılmış, müəllimlərin təqdimatları dinlənilmişdir.