XƏBƏRLƏR

Kargüzarlıq işlərini aparan məktəb heyəti sənədləşdirmə işininin incəliklərini öyrənir

02.09.2019

Təhsil işçilərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə mütəmadi görülən işlərin tərkib hissəsi kimi, TİPİİ-də kargüzarlıq işlərini aparan məktəb heyəti üçün təlimlərə başlanılıb. Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalib layihəsinin sifarişi əsasında həyata keçirilən təlimdə Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Şirvan, Kürdəmir, Salyan, Bərdə rayonlarından 25 nəfər katibə və laborant iştirak edir.

2-13 sentyabr tarixlərini əhatə edəcək təlimlərdə iştirakçılara rəsmi sənədlərin hazırlanması qaydaları; kargüzarlıq işinin təşkili; təqdimatların tərtibi; elektron poçt vasitəsi ilə işgüzar yazışma qaydaları; şagird, müəllim və valideynlərlə səmərəli ünsiyyət bacarıqları və s. öyrədiləcəkdir.

Xatırladaq ki, “Ümumtəhsil müəssisələrində kargüzarlığı aparan işçilərin peşə hazırlığının artırılması” layihəsi çərçivəsində keçirilən təlimlərə sentyabr-noyabr ayları ərzində ümumilkdə 75 katibə və laborantın cəlb edilməsi nəzərdə tutulub. 

Təlimlərin sonunda imtahanları müvəffəqiyyətlə verən iştirakçılara sertifikat təqdim olunacaqdır.