XƏBƏRLƏR

Riyazi situasiya tapşırıqlarının hazırlanması seminarı

05.09.2019

3-5 avqust tarixlərində TİPİİ-də “Riyazi situasiya tapşırıqlarının hazırlanması metodikası” proqramı çərçivəsində ixtisasartırma təlimini həyata keçirən kadrların potensialını gücləndirmək məqsədi ilə seminar təşkil olunmuşdur.

Seminar müddətində iştirakçılar həyati situasiyalara əsaslanan tapşırıqların hazırlanmasına qoyulan əsas tələblərlə, onların keyfiyyətlilik dərəcəsini müəyyənləşdirən meyarlarla, situativ məsələlərin hazırlanmasının ümumi mexanizmləri, müxtəlif aspektlərdən təhlilolunma formaları ilə tanış olmuş, "Həyatdan riyaziyyata" və "Riyaziyyatdan həyata" üsullarının köməyilə yeni tələblər əsasında müxtəlif situasiyalara uyğun tapşırıqlar hazırlamışlar.

Seminarda əldə olunan bilik və bacarıqlar iştirakçılara yuxarıda adıçəkilən ixtisasartırma təlimlərini daha səmərəli və öyrədici təşkil etmək imkanı verəcəkdir.