XƏBƏRLƏR

Daşkəsəndə azkomplektli siniflərdə tədris aparan müəllimlər üçün təlim

10.09.2019

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalib layihəsi, "Komplektləşdirilmiş siniflərdə yeni tədris metodlarının təkmilləşdirilməsi" layihəsinin sifarişi əsasında 9 avqust tarixində Daşkəsən rayonunda təlimlərə başlanılıb. Layihənin fəaliyyət planına uyğun olaraq təlimdə 25 müəllim iştirak edir.

"Azkomplektli siniflərdə tədrisin təşkili" mövzusunda 36 akademik saatlıq proqrama istinadən iştirakçılar təlim müddətində aşağıdakı mövzular üzərində işləyəcəklər:

- Azkomplektli siniflərin xüsusiyyətləri;

- Bu tip siniflərdə vaxtın və sinfin düzgün idarə olunması üsulllları;

- Azkomplektli sinifdə öyrədici mühit;

- Diferensial təlim;

- Sinifdaxili ünsiyyət və s.

Adıçəkilən layihənin məqsədi Daşkəsən rayonunun kənd məktəblərində komplekt siniflərlə işləyən ibtidai sinif müəllimlərinin peşəkarlıq səviyyəsinin artırmaq, bütün uşaqların keyfiyyətli təhsilə çıxış imkanını təmin etməkdir.

Gördüyünüz şəkillərdə müəllimlər oyunlar vasitəsilə öyrətmə, diferensial təlim, birgə öyrənmə mövzularında işləyirlər.