Məktəb psixoloqları üçün diqqət korreksiyasının yeni üsulları (seminar)
09.09.2019
“Uşaqlarda diqqətin korreksiyası üsulları” mövzusunda seminar yeni qrup məktəb psixoloqları üçün 3 və 9 sentyabr tarixlərində yenidən təşkil olundu.
Əvvəlcə TİPİİ-nin əməkdaşı, psixoloq Aynur Rəhimova diqqətin korreksiyasının əhəmiyyətini əsaslanadıran qısa nəzəri məlumatlar verdikdən sonra iştirakçılar müəyyən situasiyalardan ibarət qrup işləri üzərində müzakirələr apardılar. Psixoloqlar diqqətin korreksiyası ilə bağlı müəyyən situasiyalarla üz-üzə qaldılar, bu problemlərin həllində istifadə etdikləri metodları təqdim etdilər. Verilən qrup işlərinin təqdimatları dinlənildi və həmin metodların səmərəliliyi üzə çıxarıldı.
Seminarın ikinci hissəsində iştirakçılara diqqətin davamlılığını artıran, beynəlxalq təcrübədən keçmiş, oyun xarakterli müxtəlif üsulları tətbiq etmək imkanı verildi.
Üç müxtəlif tarixdə və ümumilikdə 67 nəfərin iştirakı ilə baş tutan seminarların digər aktual mövzularla hər ay davam etdirilməsi planlaşdırılır.