XƏBƏRLƏR

"İngilis dili dərsinin təşkili" və "Kommunikativ yanaşma" təlimləri keçirilib

12.12.2016

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Britaniya Şurası (British Council) təşkilatının birgə əməkdaşlığı ilə yaradılan ingilis dili müəlimləri üçün təlim və resurs mərkəzi öz fəaliyyətini davam etdirir. Ötən həftəsonu ingilis dili müəllimləri üçün "İngilis dili dərsinin təşkili" və "Kommunikativ yanaşma" mövzularında təlimlər keçirilib. 

9-10 dekabr tarixində baş tutan 2 günlük təlimlərdə 40 nəfər ingilis dili müəllimi iştirak edib. Təlimlər Britaniya Şurası (British Council) təşkilatının eksperti Julietta Schoenmann tərəfindən keçirilib.

İngilis dili müəllimləri üçün növbəti danışıq klubu 21 və 23 dekabr tarixlərində baş tutacaqdır.

FOTO | VIDEO