Fizika fənnini tədris edən müəllimlər üçün "Refleksiv müəllim" seminarı
27.09.2019
Ayda bir dəfə keçirilmə ənənəsinə sadiq qalmaqla, 27 sentyabr tarixində fizika müəllimləri üçün “Refleksiv müəllim” seminarı təşkil olundu. Seminarın formatına uyğun olaraq əvvəlcə Masazır kənd 2 nömrəli tam ort məktəbin fizika müəllimi Rəşidə Mikayılovanın “Azərbaycanda alternativ enerji mənbələrindən istifadə” adlı dərs icmalı dinlənildi.
Həmkarlarına fizikanı təcrübələrlə, qəliz qanunların işləmə mexanizmini sadə, gündəlik həyatdan nümunələrlə necə öyrətdiyini təqdim edən müəllimin dərsi bütün müsbət və mənfi tərəfləri ilə təhlil olundu. Müzakirələr zamanı müəllimlər arasında müxtəlif fikir ayrılığı yaranmasına baxmayaraq, sonda “Həmin dərsi daha səmərəli necə qurmaq olardı?” sorağı ilə icmalın təkmil variantı hazırlandı.