XƏBƏRLƏR

Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğinə həsr olunmuş açıq dərs

10.10.2019

9 oktyabr 2019-cu il tarixində  Bakı şəhəri 220 nömrəli məktəb-liseydə "Dünyanın ən böyük dərsi" təşəbbüsü çərçivəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğinə həsr olunmuş  açıq dərs keçirilmişdir. Açıq dərsdə Azərbaycan Respublikasının Prezidenti yanında YUNESKO üzrə Milli Komissiyanın daimi katibliyinin əməkdaşı Mustafa Şabanov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova iştirak etmişdir. Məktəbin biologiya müəllimi Nərgiz Hacıyeva IX sinif şagirdlərinə 3-cü qlobal məqsəd - "Sağlamlıq və sülh"ü təbliğ edən "Sağlam başlanğıc" dərsini keçmişdir. Şəkillərdən göründüyü kimi dərsin qonaqları da şagirdlərlə birlikdə işləmiş və öyrənmişlər. Dərsdən sonra Mustafa Şabanov  YUNESKO-nun fəaliyyəti ilə bağlı məlumat vermiş, şagirdlərə Milli Komissiyanın adından hədiyyələr təqdim etmişdir.