XƏBƏRLƏR

"Ümumtəhsil müəssisələrində kargüzarlığı aparan işçilərin peşə hazırlığının artırılması" təlimi

14.10.2019

Oktyabrın 14-də TİPİİ-də kargüzarlıq işlərini aparan məktəb heyəti üçün növbəti təlimlərə başlanılıb.

Senytabr ayından etibarən təşkil olunan təlimlərin məqsədi məktəbdə kifayət qədər məsuliyyətli işi – sənədləşdirmə işini aparanlara rəsmi sənədlərin hazırlanmasının incəliklərini öyrətmək, onları peşəkar inkişaf üçün lazımi məlumat və praktik vərdişlərlə təmin etməkdir. 10 gün davam edəcək təlimin tədris proqramında əsasən praktik tapşırıqlara üstünlük verilmişidir. Proqrama müvafiq olaraq iştirakçılarla rəsmi sənədlərin hazırlanması qaydaları; kargüzarlıq işinin təşkili; təqdimatların tərtibi; elektron poçt vasitəsi ilə işgüzar yazışma qaydaları; şagird, müəllim və valideynlərlə səmərəli ünsiyyət bacarıqları kimi mövzular ətrafında işlər aparılacaqdır.  

Məlumat üçün qeyd edək ki, Bakı şəhərindən və digər bölgələrdən cəlb olunan katibə-kargüzarların iştirakı ilə keçirilən təlimlər Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalib layihəsinin təşəbbüsüdür.