XƏBƏRLƏR

MİQ-in imtahan mərhələsində iştirak edənlərin hazırlığına verilən tələblərin müzakirəsi

15.10.2019

TİPİİ-də MİQ imtahanında iştirak edənlərin hazırlığına qoyulan tələblərin müzakirəsi məqsədi ilə sual tərtibatçıları və ekspertlərlə görüş keçirilmişdir.

15 oktyabrda baş tutan görüş zamanı hər bir fənn üzrə bilik, bacarıq və dəyərlərin ölçülməsinə xidmət edən qiymətləndirmə vasitələrinin hazırlanması üçün təkliflər verildi, kompetensiyalar müzakirə olundu, elektron bazanın yenilənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə görülən işlərdən danışıldı. Çıxış edən ekspertlər tərəfindən hər bir fənnin tədrisi metodikası ilə bağlı qiymətləndirmə vasitələrinin hazırlanması təklifi də dəyərləndirildi. 12 sentyabrdakı dəyirmi masanın davamı olan görüşdə fənn ekspertlərinin təqdim etdiyi çərçivə sənədi kompetensiyalardan ibarət idi. Növbəti addım həmin kompetensiyaları ölçmək üçün imtahan suallarının tərtibi olacaqdır.