XƏBƏRLƏR

"Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası" seminarı

16.10.2019

TİPİİ ixtisasartırma təlimini həyata keçirən şəxslərlə apardığı mütəmadi işləri davam etdirərək, 16 oktyabr tarixində məktəbdaxili qiymətləndirmənin təşkili məsələlərini müəllimlərə öyrətmək arzusunda olan yeni bir qrup üçün seminar təşkil etmişdir.

Bu tipli seminarların məqsədi müxtəlif ixtisasartırma proqramlarında təhsilverən kimi fəaliyyət göstərən kadrların təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin artırılmasıdır.

Seminar proqramına əsasən, iştirakçılar diaqnostik qiymətləndirmə vasitələrinin hazırlanması; izləmə və müşahidələrin qeydiyyatının aparılması; yekun qiymətləndirmə qaydaları, qiymətlərin hesablanması, nəticələrinin qəbul edilən qərarlara təsiri və s. mövzular üzərində işləyəcəklər.

 “Məktəbaxili qiymətləndirmənin təşkili metodikası” adlı seminarda müdavimlərlə yuxarıda qeyd olunanlarla yanaşı, "əlavə təhsilin təşkili məsələləri, təhsildə standart, öyrətməyi öyrətmək, təlimçi bacarıqları" kimi mövzular ətrafında da müzakirələr aparılacaqdır.