İngilis dili müəllimləri üçün "Effektiv ünsiyyət" adlı təlim keçirilib
15.12.2016
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Britaniya Şurası (British Council) təşkilatının birgə əməkdaşlığı ilə yaradılan ingilis dili müəlimləri üçün təlim və resurs mərkəzi öz fəaliyyətini davam etdirir.
Bu həftə ingilis dili müəllimləri üçün "Effektiv ünsiyyət" mövzularında növbəti təlim keçirilib. Təlim "GR8" ingilis dilində ünsiyyət, şəxsi və professional inkişaf klubunun həmtəsisçisi və marketinq meneceri Leyla Surxayzadenin təqdimatında baş tutub. Təlimin məqsədi müəllimlərə gündəlik iş ərzində həm şagirdlərlə, həm də həmkarları ilə ingilis dilində lazım olan effektiv ünsiyyət bacarıqları aşılamaq idi.
İngilis dili müəllimləri üçün növbəti tədbir 21 və 23 dekabr tarixlərində Robert Borowic tərəfindən təşkil ediləcək danışıq klubu olacaq.