XƏBƏRLƏR

İnklüziv təhsil sahəsində əlavə təhsilin təşkili məqsədilə onlayn təlim

30.04.2020

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihələri çərçivəsində Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişaf İnkişafı Mərkəzi tərəfindən müəllimlərin inklüziv təhsil sahəsində əlavə təhsilinin təşkili məqsədilə 28 və 29 aprel tarixlərində təlimçilərin təkmilləşdirilməsi üzrə onlayn təlim keçirilmişdir.

Onlayn təlimin məqsədi təlimçiləri inklüziv təhsil üzrə müəllim hazırlığı proqramları ilə tanış etmək, onları ümumi təhsil müəssisələrinin müəllimləri üçün onlayn ixtisasartırma təlimlərinin keçirilməsinə hazırlamaqdır.

Qeyd edək ki, son aylarda yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması üçün 2020-ci il mart ayının 10-dan etibarən ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdır. Bununla əlaqədar olaraq təlimlər Microsoft Teams platformasında həyata keçiriləcəkdir.

Məlumat üçün bildirək ki, “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi isə UNİCEF tərəfindən icra edilir.