XƏBƏRLƏR

Onlayn ixtisasartırma təlimi

20.05.2020

20 may tarixindən etibarən Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən müəllimlərin inklüziv təhsil sahəsində əlavə təhsilinin təşkili məqsədilə distant ixtisasartırma təlimlərinə başlanılmışdır. “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihələri çərçivəsində həyata keçirilən təlimlər mövcud vəziyyətlə əlaqədar olaraq Microsoft Teams platformasında keçirilir. Bakı və Sumqayıt şəhərlərini əhatə edən təlimlərə ilkin mərhələdə 200 ibtidai sinif müəllimi cəlb olunmuşdur. Hər gün 4 akademik saat olmaqla 9 gün davam edəcək təlimlərdə müəllimlərə inklüziv təhsil, onun məzmunu ilə bağlı geniş məlumatlar veriləcək və onlar bu mövzularda müvafiq elektron materiallarla təmin olunacaqlar.

Qeyd edək ki, adıçəkilən layihələr Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və UNİCEF tərəfindən icra edilir.