XƏBƏRLƏR

Məktəbəhazırlıq qrupları üçün tədris (məşğələ) planı

01.10.2016

Mәktәbәhazırlıq qruplarında uşaqların sıxlığı qәsәbә vә kәndlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün aşağıdakı kimi müәyyәnlәşdirilir: - әn azı 10 uşaq; - şәhәrlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 15 uşaq.

Dövlәt ümumtәhsil mәktәblәrindә yaradılan mәktәbәhazırlıq qrupunda uşaqların sayının 30 nәfәrdәn artıq olmasına yol verilmir. Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr oktyabrın 1-dә başlayır, mayın 31-dә başa çatır və hәftәdә 4 (dörd) gün keçilir. Bir gün әrzindә 3 (üç) mәşğәlә tәdris olunur. Bir mәşğәlәnin müddәti 30 dәqiqә, mәşğәlәlәrarası fasilә 10 dәqiqә müәyyәn edilir. Zehni gәrginlik tәlәb edәn mәşğәlәlәrdә, bir qayda olaraq, 3 idman dәqiqәsi keçirilir. Mәktәbәhazırlıq qruplarında tәhsil alan uşaqlara ev tapşırıqları nәzәrdә tutulmur. Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr yalnız ibtidai sinif müәllimi ixtisaslı vә müәyyәn iş tәcrübәsinә malik müәllim tәrәfindәn aparılmalıdır.

Mәktәbәhazırlıq qruplarında dәrs ili iki yarımilә bölünür: - I yarımil: 1 oktyabr-26 yanvar; - II yarımil: 1 fevral-31 may.

Dәrs ili әrzindә aşağıdakı tәtillәr müәyyәn olunur: - 5 gün payız tәtili (16-20 noyabr); - 5 gün qış tәtili (27-31 yanvar); - 5 gün әlavә tәtil (1-5 may).

Dövlət ümumtəhsil məktəbinin məktəbəhazırlıq qrupu üçün tədris (məşğələ) planı Tədris (məşğələ) planına dair qeydlər