Distant təlimlər davam edir
20.06.2020
Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzində müəllimlər üçün keçirilən distant ixtisasartırma təlimləri davam edir.
“İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və Riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi metodikası” üzrə ixtisasartırma təlimlərinin II mərhələsinə başlanılıb. Budəfəki mərhələdə ibtidai sinif müəllimləri təlimlərdə Azərbaycan dili fənni üzrə iştirak ediblər.
İxtisasartırma təlimlərini həyata keçirəcək pedaqoji kadrların təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimin əsas vəzifələri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
-
Müəllimləri ibtdai siniflər üzrə tədris resursları komponentləri haqqında məlumatlandırmaq;
-
Azərbaycan dili fənninin məzmunu ilə bağlı biliklərini fənlərin tədrisinin məqsəd və vəzifələrinə müvafiq şəkildə təkmilləşdirmək;
-
Ehtiyat dərsliklərin məzmunundakı yeniliklərlə tanış etmək;
-
Təlim konsepsiyası ilə tanış etmək;
-
Dərslərin təşkilinə yaradıcı yanaşmanı stimullaşdırmaq;
-
Şagirdləri təlim resurslarından istifadə qaydaları haqqında məlumatlandırmağın yolları ilə tanış etmək;
-
Tələb olunan əlavə resursları müəyyənləşdirməyin yollarını öyrətmək;
-
Tapşırıqların və qiymətləndirmə vasitələrini hazırlamağı öyrətmək.
Azərbaycan dili və Riyaziyyat fənlərinin məzmunu əhatə edən təlimlər hər bir qrup üçün 4 gün davam edib.