XƏBƏRLƏR

Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirənlər üçün vebinar

02.07.2020

Bu gün “İxtisasartırma təlimini həyata keçirən kadrların potensialının gücləndirilməsi” mövzusunda təlimçilər üçün vebinar təşkil olunub. TİPİM-in direktoru Nəzakət Mehdiyevanın moderatorluğu ilə keçirilən vebinarda təlimçilik üçün vacib olan bacarıqlardan, əlavə təhsilin məzmunu, MS Teams platformasından istifadə qaydaları və s. haqqında danışıldı. Müzakirələr zamanı komanda ilə işləmək, ünsiyyət qurma, problem həlletmə kimi təlimçilik üçün mühüm bacarıqlar geniş şərh olundu.

Ümumilikdə iki hissədən ibarət vebinarda sonrakı mərhələdə əlavə təhsilin məzmunu, distant təlimlərin təşkili qaydaları, MS Teams proqramı üzərindən görüləcək işlər, təlimlərin təşkilində qarşıya çıxacaq problemlər və onların həll yolları müzakirə edildi. 

Məlumat üçün qeyd edək ki, təlimçilərin bilik və bacarıqlarının artırılması məqsədi ilə keçirilən vebinarlardan sonra müsahibələr aparılacaq və müəyyən kompetensiyalar əsasında təlimçilərin seçimi həyata keçiriləcəkdir.