Həyat bilgisi fənnini tədris edən müəllimlər üçün distant təlim
10.09.2020
Ümumtəhsil məktəblərində Həyat bilgisi fənnini tədris edən müəllimlər üçün 13 avqustdan etibarən başlayan “Həyat bilgisi fənninin tədrisi metodikası” mövzusunda ixtisasartırma təlimləri yekunlaşıb. Təhsil İşçilərinin Peşəkar İnkişafı tərəfindən distant şəkildə MS Teams platformasında həyata keçirilən təlimlər 3 müxtəlif qrupda baş tutub. Tarix, coğrafiya, kimya, ibtidai sinif, biologiya, fizika müəllimlərinin iştirak etdiyi təlimlərin təşkilində məqsəd müəllimləri fənnin tədrisi ilə bağlı qabaqcıl iş üsulları, planlaşdırma, yeni qiymətləndirmə metodları ilə tanış etmək, mövzulara dair bilik və bacarıqlarını dərinləşdirməkdir.
Qeyd edək ki, çoxsaylı müraciətləri nəzərə alaraq növbəti qruplar üçün təlimlər sentyabr-oktyabr ayları ərzində də davam edəcəkdir.