XƏBƏRLƏR

İxtisasartırma təlimlərini həyata keçirən kadrların potensialının gücləndirilməsi təlimləri

02.09.2021

2 sentyabr tarixindən etibarən ARTİ TİPİM tərəfindən “İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və Riyaziyyat fənlərinin məzmunu və metodikası” üzrə ixtisasartırma proqramı çərçivəsində təlimçi hazırlığı təlimlərinə start verilib. Təlimlər ibtidai sinif müəllimlərinin Azərbaycan dili və Riyaziyyat fənlərinin məzmunu, tədris resursları və müvafiq təlim strategiyaları ilə bağlı bilik və bacarıqlarının artırılması üçün gələcəkdə ixtisasartırma təlimlərini keçirəcək pedaqoji kadrların təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir.
Qeyd olunan ixtisasartırma təlimlərində iştirakçılar müasir tədris resursları, fənnin məzmunu, dərsliklərin məzmunundakı yeniliklər, yaradıcı yanaşmalarla tanış olacaq, təlim tapşırıqları və qiymətləndirmə vasitələrini hazırlamağın yollarını öyrənmək imkanı qazanacaqlar.
Qeyd edək ki, təlimlər həm onlayn, həm də oflayn formada həyata keçiriləcək. Belə ki, təlimə bölgələrdən qoşulan və təlim mərkəzinə gələ bilməyən iştirakçılar üçün onlayn formatda iştirak etmək imkanı yaradılacaq.