"Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması" mövzusunda ixtisasartırma təlimləri keçirilib
08.09.2021
ARTİ Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən "Pedoqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı" çərçivəsində “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması” mövzusunda ixtisasartırma təlimləri həyata keçirilib. Təlimlər ümumi təhsil müəssisələrində təhsilalanların hər cür aqressiv davranış, bullinqə məruz qalmasına qarşı maarifləndirmə məqsədi ilə təşkil olunub. Təlimlər zamanı iştirakçılara aşağıdakı mövzularda məlumatlar verilib:
- İnsan hüquqları;
- Ümumi təhsil müəssisələrində zorakılığın növləri və formaları;
- Bullinq zorakılığın bir forması kimi;
- Bullinq davranışının təsirləri;
- Bullinq davranışının profilaktikası üçün əlverişli sosial-psixoloji mühitin yaradılması.
Qeyd edək ki, təlimlərin ölkə üzrə ümumi təhsil müəssisələrində müxtəlif fənlər üzrə tədris aparan müllimlər üçün təşkili nəzərdə tutulub.