XƏBƏRLƏR

Məktəb psixoloqları üçün seminar

07.09.2021

Sentyabrın 6-da ARTİ TİPİM tərəfindən “Məktəb psixoloquna dəstək” layihəsi çərçivəsində seminar təşkil olunub. “Şəxsi və peşəkar inkişaf” mövzusundakı seminarda 25 nəfərdən artıq məktəb psixoloqu iştirak edib. Onlayn formatda təşkil olunan seminarın moderator beynəlxalq dərəcəli təlimçi Orxan Həsənov olub.

Seminar zamanı iştirakçılar:

- inanc sistemləri, onların bizim həyatımıza təsiri;

- hədəflərin təyin olunması;

- motivasiya və iradə;

- vaxtın səmərəli planlaşdırılması və s. kimi mövzular barədə məlumatlandırılıb və fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, gələcəkdə məktəb psixoloqları üçün bu mövzuda seminarlar davam etdiriləcək.