"Ümumi və tam orta təhsil səviyyəsində distant təhsilin təşkili metodikası" mövzusunda təlimlər üçün təlimçi hazırlığı
13.09.2021
11-16 sentyabr tarixlərində "Pedoqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı" çərçivəsində “Ümumi və tam orta təhsil səviyyəsində distant təhsilin təşkili metodikası" mövzusunda təlimçi hazırlığı təlimləri keçirilib. Qeyd edilən təlimlər müəllimlərin MS Teams platformasında mövcud bilik və bacarıqlarının artırılması məqsədi ilə həyata keçirilir. Ümumilikdə 6 günü əhatə edən təlim zamanı iştirakçılara distant təhsil modeli; distant dərsin resurslarla təminatı; virtual məktəbə inteqrasiya olunan əlavə alətlər; virtual dərslərdə qiymətləndirmə mexanizmi və alətləri mövzularında məlumat verilib və onlar adıçəkilən mövzular üzərində praktiki olaraq işləmək imkanı qazanıblar.
Təlim iştirakçıları prosesin texniki tərəfi ilə yanaşı, distant sinif mühiti, bu mühitdə şagirdlərə individual yanaşma, onları prosesə cəlbetmə və s. kimi məsələlərlə bağlı da məlumatlandırılıblar.
Qeyd edək ki, növbəti mərhələdə bu təlimlərin ölkə üzrə fənn müəllimlərinə keçirilməsi planlaşdırılıb.