XƏBƏRLƏR

BSU tələbələri ilə "Peşəkar ol" proqramı davam edir

24.09.2021

21 sentyabrdan etibarən start verilən “Peşəkar ol” layihəsi Bakı Slavyan Universitetinin tələbələri ilə işini davam etdirir. ARTİ Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən həyata keçirilən proqramın 4-cü günü iştirakçılara “Dinləyib-anlama və danışma fəaliyyətləri üzrə işin təşkili metodikası” mövzusunda məlumat verilib. “Təfəkkürün 6 papaq metodu” ilə həyata keçirilən seminar iştirakçılarda maraq doğurub və onlar mövzu ətrafında müzakirə aparıblar.

Qeyd edək ki, proqram çərçivəsində əvvəlki günlər ərzində pedaqoji istiqamətdə təhsil alan tələbələr J.Piajenin “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi; Məktəbdaxili qiymətəndirmə; Yazı işlərinin təşkilində səmərəli üsullar mövzusunda seminarlarda iştirak ediblər. Növbəti gündə isə onlar “İnklüziya nədir?” sualı üzərində müzakirə və fikir mübadiləsi edəcəklər.