XƏBƏRLƏR

"Dinləyib anlama bacarıqlarının inkişaf etdirilməsi" təlimi keçirilmişdir

13.01.2017

TİPİİ və Britaniya Şurası (British Council) təşkilatının birgə əməkdaşlığı ilə yaradılan ingilis dili müəlimləri üçün təlim və resurs mərkəzində ingilis dili müəllimləri üçün nəzərdə tutulan təlim və seminarlar davam edir.

Yanvarın 11 və 13-də mərkəzimizdə  "Dinləyib anlama bacarıqlarının inkişaf etdirilməsi" ilə bağlı Binəqədi və Nəsimi rayon məktəblərinin ibtidai siniflərində dərs deyən ingilis dili müəllimləri üçün təlim keçirilmişdir. Təlim zamanı ingilis dilinin tədrisində və danışıq zamanı çətinlik yaradan dinləyib anlama bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı həm nəzəri, həm də praktik biliklər təlimçilər tərəfindən tədris edildi.

Təlimləri 11 yanvar tarixində "British Council"ın mütəxəssisləri Viktoriya Quliyeva və Gulnarə Hacıyeva, 13 yanvar tarixində isə Nərminə Əliyeva aparırdı.

FOTO | 11.01.2017
FOTO | 13.01.2017