Abşeron rayonunda psixoloqlar üçün seminar keçirilmişdir
17.01.2017
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşları 17 yanvar tarixində Abşeron rayonunun orta ümumtəhsil məktəblərinin psixoloqları üçün “Uşaqların psixodiaqnostikası” mövzusunda seminar keçirmişdir. Seminarda Abşeron rayonu üzrə 39 orta ümumtəhsil məktəbinin psixoloqları iştirak etmişdir.
Seminarın təşkil edilməsində məqsəd – məktəbdə uşaqlara göstərilən psixoloji xidmətin keyfiyyətinin yüksəldilməsi, psixodiqnostik işin daha yaxşı təşkilinə yardımdır. Seminarda psixodiaqnostik metodlar və onların praktik tətbiqi yolları müzakirə edilmişdir.
Abşeron rayonunun məktəb psixoloqları ilə bu cür seminarların davamlı olaraq keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, eyni mövzuda seminar Sumqayıt orta ümumtəhsil məktəblərinin psixoloqları üçün də təşkil olunacaqdır.