Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərə faydalı məlumatlar #3
01.10.2016
Uşaqlar aşağıdakı etiket qaydalarını bilməlidir: - “sağ ol”, “buyurun” və digər sözlərlə minnətdarlığını ifadə edir; - nə üçün və necə “üzr istəmək” lazım olduğunu bilir; - yeri gəldikdə üzr istəyir; - görüşəndə salamlaşır və vidalaşmaq lazım olduğunu bilir; - başqalarına fikir söyləməyə imkan verir; - danışanın sözünü kəsməyərək fikrinin sonunu gözləyir; - öz köməyini təklif etməyi bacarır; - başqalarına hörmətin özünəhörmətə gətirib çıxaracağını bilir; - başqalarına qayğının özünəqayğıya gətirib çıxaracağını bilir; - masada yaxşı davranış nümayiş etdirir: - yeməyə, onu hazırlayana və masa ətrafında əyləşənlərə hörmət ifadə edir; - öz mənafeyi üçün başqalarını incitməyin doğru olmadığını bilir; - hədiyyə vermək və almaq qaydalarını bilir (dostu yaxud qohumu üçün sərbəst hədiyyə seçir).
Uşaqlar aşağıdakı ümumbəşəri dəyərlərə sahib olduğunu nümayiş etdirə bilməlidir: - mənşəyindən, davranışından, irqindən və s. asılı olmayaraq hamını qəbul edir, qarşılıqlı münasibəti hiss edir; - başqa ölkələrin, xalqların, onların adət-ənənələrinin öyrənmə marağının təmin olunmasına dəstəyi hiss edir; - maraqlarını ifadə edir, cəmiyyətdə mövqeyini müəyyən edir, informasiyanın verilməsində ehtiyatlı olmaq haqqında qaydaları bilir.
Mənbə : Folker Ssenenin “Uşaqlar nəyi bilməlidir” kitabı.