"Qlobal Müəllim Mükafatı-2017"-nin 10 finalçısı məlum oldu.
28.02.2017
Hər il "Varkey Foundation" tərəfindən elan olunan “Qlobal Müəllim Mükafatı” müsabiqəsi aylarla sürən müzakirələrdən sonra 178 ölkədən qəbul edilmiş 20000 müraciət və namizəd arasından 10 finalçını seçmişdir. Bu barədə ətraflı məlumatı "Global teacher prize" rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.
Ən yaxşı müəllim üçün nəzərdə tutulmuş 1 milyon ABŞ dolları məbləğində mükafat seçilmiş on təqdirəlayiq müəllimdən birinə çatacaqdır.
Bütün finalçı müəllimlər ümumilikdə gözləniləndən də çox dəyərli işlər təqdim etmişdir. Onlar sinifdə şagirdlərini təhsil almağa həvəsləndirir və istiqamətləndirir. Onların təhsilə özünəməxsus və innovativ yanaşması təkcə işlədikləri məktəblərdə deyil, bütün cəmiyyətdə təsir gücünə malikdir.
10 nəfər finalçı sırasından seçiləcək qalib 19 mart 2017-ci il tarixində Dubayda keçiriləcək Qlobal Təhsil və Bacarıqlar Forumunda elan ediləcək.
Qeyd edək ki, həmin müsabiqəyə TİPİİ Bakı şəhəri 108 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Pərvinə Qədimovanın namizədliyini irəli sürmüşdü. Nominantımız qaliblər sırasına düşməsə də, müsabiqədə iştirakı ilə müəyyən təcrübə qazandı. Gələn il daha çox Azərbaycan müəllimini Qlobal Müəllim Mükafatına namizəd göstərməyi planlaşdırırıq.
Hələlik isə 10 finalçı ilə tanış olun.
3. Raymond Chambers / United Kingdom
4. Marie-Christine Ghanbari Jahromi / Germany
7. Wemerson da Silva Nogueira / Brazil