XƏBƏRLƏR

Abşeron rayonunda seminar keçirilmişdir

01.03.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən 28 fevral 2017-ci il tarixində Abşeron rayonunun orta ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri üçün “Müəllim-şagird ünsiyyətində psixoloji məqamlar” mövzusunda seminar keçirilmişdir. Seminarın təşkil edilməsində məqsəd məktəbdə müəllim-şagird münasibətlərinə təsir edən amillərə dair maariflənmə, məktəbdə psixoloji mühitin yaxşılaşdırılmasıdır.

Seminarda şagirdlərlə ünsiyyətin effektiv yolları müzakirə edildi, müəllim-şagird münasibətlərinin daha əlverişli edilməsinə dair praktik məsləhətlər verilmişdi.
 
Abşeron rayonu məktəblərinin ibtidai sinif müəllimləri üçün bu cür seminarların davamlı olaraq keçirilməsi nəzərdə tutulur.