XƏBƏRLƏR

TİPİİ-də ilk dəfə Şəmkir psixoloqları üçün skayp-seminar keçirildi

10.03.2017

9 mart 2017-ci ildə İnstitutumuzun  tarixində ilk dəfə skayp-seminar keçirildi! 

Bu bizim üçün həm irəliyə doğru iri bir addım, həm də yeni məsuliyyət deməkdir. İndi maliyyə və vaxt itkisi olmadan bütün Azərbaycanın təhsil işçiləri ilə seminarlar, ustad dərslər, mühazirələr aparmağa hazırıq. 

Skayp-seminarın ilk iştirakçıları olan Şəmkirli təhsil işçilərini də təbrik edirik. Onlar  da   yeni bir təcrübə qazandılar.  

Bakı, Sumqayıt, Abşeronun məktəb psixoloqlarının canlı seminarlardan yaxşı tanıdığı  Elnarə Cavadova  yeni ampluada da peşəkar iş nümayiş etdirdi. Elnarə xanıma, skayp-seminarın texniki təşkilatçısı Aqil Həsənova,  Şəmkir Rayon Təhsil Şöbəsinin əməkdaşlarına xüsusi təşəkkürlər!

Hörmətli təhsil işçiləri, ehtiyac duyduğunuz mövzularda skayp-seminarların keçirilməsi ilə bağlı  bizə müraciət edə bilərsiniz. 

FOTO | VİDEO