"Peşəkar ol" proqramına start verildi
06.04.2017
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu pedaqoji ali məktəblərdə təhsil alan IV kurs bakalavr və magistr tələbələri üçün "Peşəkar ol" proqramına start verib.
Proqrama seçilən tələbələr "Şagird-müəllim münasibəti", "Hiperaktiv uşaqlarla davranma metodu", "İKT-nin təhsilə tətbiqi", "Pedaqoji valeologiya", "Dərsin planlaşdırılması", "Auditoriya ilə iş" və s. mövzuda seminarlarda iştirak edəcəklər. İki ay davam edəcək proqramı uğurla bitirən iştirakçılara sonda sertifikat veriləcək.