Rəhbərlik
Direktor
Mehdiyeva Nəzakət Bəxtiyar qızı
Nəzakət Mehdiyeva kənd məktəbində tarix müəllimliyindən Təhsil Nazirliyində milli qiymətləndirmə proqramının rəhbərliyinə qədər yol keçib. Qiymətləndirmə məsələlərində ən dolaşıq suallara aydınlıq gətirmək səriştəsi var. Bildiklərini və bacardıqlarını müəllim auditoriyasında rahatlıqla paylaşır. “Bölüşməyə sözü və təcrübəsi olan hər kəs çalışdığı işindən asılı olmayaraq öyrənmə və öyrətmə rejimində olmalıdır. İnkişafa meylli müəllimlərin bizimlə birlikdə öyrənə biləcəyinə əmin olduğum üçün buradayam”. Həyat devizim: “Ağıllı insanlar daha az bildikləri barədə daha çox düşünənlərdir”.